2020-ci ildə “IPv4” protokolunda boş ünvanların sayı tükənəcək

2020-ci ildə “IPv4” protokolunda boş ünvanların sayı tükənəcək
08 İyun 2019 11:48

İyunun 3-4-də Tbilisidə keçirilən “ENOG 16” konfransında ekspertlər “IPv6” internet protokolundan istifadəyə keçmək təklifi ilə çıxış ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, “RIPE NCC” şirkətinin nümayəndəsi Maksim Burtikovun sözlərinə görə, bu gün “IPv6” protokolunun qlobal şəbəkədə payı 28,59 faiz təşkil edir. ABŞ və Hindistanda bu göstərici 36 faizdən çox, Braziliya və Belçikada isə 54 faizə bərabərdir.

Şirkətin idarəedici direktoru Aksel Paulik konfrans iştirakçılarının diqqətini 2019-cu ildə və ya 2020-ci ilin əvvəlində “IPv4” protokolunda boş ünvanların sayının tükənəcəyinə yönəldib.

Xatırladaq ki, dördüncü internet protokolu versiyası olan “IPv4” ilk dəfə 1981-ci ildə “RFC 791” sənədində təsvir edilib. “IPv4” ilə bağlı problemləri aradan qaldıracaq “IPv6” protokolu isə 1996-cı ildə yaradılıb.

Realpress.az


25 İyun 2019
İT

USB standartının yaradıcısı öz əsas səhvini etiraf edib

USB standartı ilk dəfə 1998-ci ildə “Apple iMac” kompüterində istifadə edilib. Həmin vaxtdan etibarən USB konnektora malik texnikanı düzgün qoşmaq üçün milyardlarla cəhd edilib.

24 İyun 2019
İT

“Raspberry Pi” minikompüterinin yeni modeli təqdim olunub

Böyük Britaniyanın "Raspberry Pi Foundation" şirkəti populyar "Raspberry Pi" birplatalı minikompüterinin dördüncü versiyasını təqdim edib. "Raspberry Pi 4 Model B" adlı yeni qurğunun qeyri-adiliyi istehsal xətti tarixində ən məhsuldar proqram təminatına malik olmasındadır. İstehsalçı nümayəndələrinin sözlərinə görə, 35 dollarlıq minikompüter bir sıra hallarda, o cümlədən "4K" formatlı videonun göstərilməsində ənənəvi fərdi kompüteri əvəz edəcək.

24 İyun 2019
İT

“Huawei” ucuz smartfonlar üçün güclü prosessor təqdim edib

“Huawei” şirkəti yeni mobil qurğular üçün “Kirin 810” prosessorunu təqdim edib. Bu, tez-tez ucuz smartfonlarda tətbiq olunan “Qualcomm Snapdragon 710” prosessoru ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş qabaqcıl çipdir.

24 İyun 2019
İT

“Nokia” 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik akkumulyatorlar təqdim edəcək

“Nokia” şirkəti adi müasir batareyalarla müqayisədə 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik yeni akkumulyatorlar hazırlayır. Bu halda şirkət akkumulyatorun tutumunu və çəkisini artırmağı planlaşdırmır.