Pomidorla xiyarı birlikdə yemək olmaz – Səbəb və zərəri

Pomidorla xiyarı birlikdə yemək olmaz – Səbəb və zərəri
10 İyun 2019 09:24

Biz elə hesab edirik ki, iki faydalı tərəvəzi, meyvəni birləşdirsək, orqanizm ikiqat xeyir görəcək.

Amma orqanizmdə gedən kimyəvi prosesləri, eləcə də ərzaqların tərkibini düzgün bilmədiyimizdən səhvlərə yol veririk. Çox zaman  isə harda, kimdə nəyi necə gördük, təkrar edirik.

Məsələn, süfrəmizdə hətta indi səhərlər də görünən pomidor-xiyar cütlüyü. Dədə-babalarımız pomidoru çox gec görüb, çünki Azərbaycana xas tərəvəz deyil. Və onlar heç vaxt pomidor-xiyar salatı etməyib.

Realpress.az Medicina.az-a istinadla pomidor-xiyar, eləcə də digər ərzaqların ikilikdə qəbulunun zərəri barədə izahını təqdim edir.

Pomidor - xiyar - İş ondadır ki, xiyar tərkibinə görə qələvi, pomidor isə turşu təsirlidir. Onların hər birinin həzmi ayrı cür gedir. Pomidoru parçalayıb həll etmək üçün mədə qələvini sintez edir, xiyar üçünsə turşu lazımdır. İkisini birlikdə yedikdə göründüyü kimi mədə çaşır və həzm yaxşı getmir, turşu-qələvi balansı pozulur.

Pendirlə qayğanaq, omlet - səhərlər bu ikili çox hazırlanır. Hər ikisi güclü zülal mənbəyidir. Mütəmadi belə yeyilsə, orqanizmdə zülal artıqlığından problemlər yaşana bilər.

Makaron və ya xingal pomidor və pendirlə - Turş tərkibli pomidorla karbohidrat makaronu, xəmiri qarışdırmaq olmaz. Həzm prosesi pozulacaq.

Südlə banan - İkisi birlikdə mədədə pis həzm olunur, ağırlıq yaradır.

Yeməklə meyvə - yeməkdən dərhal sonra meyvə yemək olmaz. Çünki mədə əvvəlcə yağ və zülalı parçalayır. Bu da 1-2 saat vaxt tələb edir. Deməli meyvə 2 saat sonra yeyilməlidir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.