Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO

Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO
10 İyun 2019 12:53


Hindistanda fil sürüsü ölmüş fil balasının “dəfn mərasimi”ni keçirib. Unikal görüntünü “ParveenKaswan” adlı istifadəçi öz “Twitter” səhifəsində paylaşıb.

“Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir”, - deyə o, qeyd edib.

Kadrlarda filin meşədən peyda olaraq yola çıxdığını, xortumu ilə fil balasının ölüsünü tutduğunu görmək olur. Arxada xeyli yerli sakin toplanaraq kənardan bu səhnəni maraqla seyr edib. Fil balanı yolun kənarına atdıqdan sonra dayanıb. Ardınca digər filllər yavaş-yavaş yaxınlaşaraq, “cənazə”ni əhatəyə alıb.

Videonun son saniyələrində fillərdən biri xortumu ilə balanı qaldırıb, qarşı tərəfdəki meşəyə aparıb, qalan “dəfn iştirakçıları” da onun ardınca irəliləyib.

Realpress.az

17 İyun 2019
Maraqlı

TEMPERAMENT tipinizi təyin edin

Temperament tiplərinə görə insanlar 4 qrupa ayrılır: sanqvinik, xolerik, melanxolik və fleqmatik.

17 İyun 2019
Maraqlı

Sızanaq və qırışları aradan qaldıran sabunlar

Dərinizdə yaranan yağlanma, sızanaq problemi, qırışlar və dəri sallanmalarına qarşı təbii sabundan istifadə edə bilərsiniz.

17 İyun 2019
Maraqlı

Doğum tarixinə görə xarakteriniz - Bunu bilirsiniz?

Astroloqların apardığı araşdırmalara görə doğum tarixinin xarakteri müəyyən etməkdə böyük rolu olduğunu müəyyən edərək aşağıdakı kimi göstəriblər:

17 İyun 2019
Maraqlı

Gec qocalmaq üçün bunları edin! İnsanın bioloji yaşını azaldan üsullar

İnsanın pasport yaşı və bioloji yaşı var. Bioloji yaş (orqanizmin vəziyyəti) pasport yaşından xeyli az ola bilər.

17 İyun 2019
Maraqlı

“HTC” yeni smartfonunu təqdim edib

Tayvanın "HTC" şirkəti "U19e" adlı yeni smartfonunu təqdim edib.