Anar Mədətov: Mahirə mesaj yazdım, uşaqlıq edir

Anar Mədətov: Mahirə mesaj yazdım, uşaqlıq edir
10 İyun 2019 13:30


Xəbər verdiyimiz kimi, 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunununda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. Millimizin yeganə qolunu 69-cu dəqiqədə Mahir Emreli vurub.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın əməkdaşı Azərbaycana qol sevinci yaşadan Mahirin uğuru ilə bağlı son vaxtlar qalmaqal yaşadığı atasının - prodüser Anar Mədətovun hisslərini öyrənib. 

A.Mədətov oğlunun ondan imtina etməsinə baxmayaraq, oyunu diqqətlə izlədiyini deyib:

“Oyun günü mən xaricdə idim. Oyunu diqqətlə izlədim. Oğlum qol vurdu. Bizim komandada hədəfdə başqa oyunçu idi, lakin Mahir öz sözünü bu oyunda da deyərək, rəqib komandanın qapısına qol vurdu. Mən oğlumu mesaj yazıb təbrik etdim. Maraqlı deyil, Mahir nə yazdı, nə pozdu, hansı addım atdı, soyadını dəyişdi... O, Anar Mədətovun oğludur. Bunu hamı bilir”.

Mahirin soyadını dəyişməsi məsələsinə bir daha toxunan prodüser bunu “boş şey” adlandırıb:

“Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin. Məşqçiləri ona başa salmalıdırlar ki, səni Azərbaycanda hamı Anarın oğlu kimi tanıyır. Elnurənin oğlu desələr, heç kəs tanımayacaq. Mən ata kimi də öz missiyamı yerinə yetirirəm və yetirməkdə davam edirəm. Uşaqlarımdan imtina etməmişəm. Mən onlara görə lazım gəlsə, kimi istəsəniz, didərəm”.

Qeyd edək ki, həm Mahirin, həm də onun bacısı Ayişənin soyadını dəyişməsinə Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılaraq, vizajist Samirə adlı xanımla ailə qurması səbəb olub. 


25 İyun 2019
Şou-biznes

Maral Tahirqızı avtobusa mindi, BNA-nı tənqid etdi — VİDEO

Müğənni Maral Tahirqızı İnstaqramda maraqlı paylaşım edib.

25 İyun 2019
Şou-biznes

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

Azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyənin məşhur ulduzu Kaan Urgancıoğlu ilə "Gerçek olamaz" adlı yeni filmdə tərəf müqabili olacaq.

24 İyun 2019
Şou-biznes

Dilarə qızının toyunda Röya ilə barışdı - VİDEO

Əməkdar artistlər Dilarə Əliyeva və Röya Ayxan arasında davam edən küsülülük ötən gün bitib.

24 İyun 2019
Şou-biznes

“İnanmayın, o, mənim dostumdur”

Xalq artisti Aygün Kazımova uzun illərdir dost olduğu həmkarı Faiq Ağayevlə küsülü olması barədə yayılan məlumatlara reaksiya verib.

24 İyun 2019
Şou-biznes

Oqtayla Dilarənin qızının toyundan — FOTO + VİDEO

Əməkdar artist Dilarə Əliyeva və "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin qızının toyudur.