Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDA

Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDA
11 İyun 2019 09:46

Hipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklərin və pozulmaların (böyrək və göz xəstəlikləri, insult, infarkt) riskini xeyli artırır, həyatı qısaldır.

Təəssüf ki, hipertoniya əksər hallarda simptomsuz, gizli inkişaf edir. Məhz bu səbəbdən onu "gizli qatil" adlandırırlar. Bunu nəzərə alaraq mütəxəssislər təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir.

Müasir kardioloqlar belə hesab edir ki, istənilən yaşda olan sağlam insanda təzyiq 12/80 c.st-dan yuxarı qalxmamalıdır. Əgər təzyiq tez-tez bu rəqəmlərdən yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Mütəxəssislər qeyd edir ki, bəzi çox sadə qaydalar təzyiqi normada saxlamağa yardım edə bilər. Saglamolun.az xarici KİV-lərə istinadla sizi bu qaydalarla tanış edir:

1. Duzun qəbulunu  azaldın!

Gün ərzində 5 qr-dan (1 ç.q.) artıq duz qəbul etmək olmaz. Duz orqanizmdə mayeni saxlayır ki, bu da təzyiqin qalxmasına səbəb olur.

Mütəxəssislər hisə verilmiş, duzlu, konservləşdirilmiş məhsullardan, kolbasa-sosis, fast-fud qidalardan imtina etməyi tövsiyə edirlər.

2. Fiziki aktivlik mütləqdir!

Fiziki aktivlik bədən çəkisini və arterial təzyiqi normada saxlamağa yardım edir.

Lakin burada nəzərə almaq lazımdır ki, həddindən artıq fiziki yükləmələr əksinə təzyiqin artmasına səbəb olur. Bunu nəzərə alaraq mütəxəssislər üzgüşülük, piyada gəzmək, gimnastika kimi fiziki aktivliyi tövsiyə edirlər.  

3. Artıq çəkidən azad olun!

Artıq çəki hipertoniyanın əsas səbəblərindən biridir. Artıq çəki ürək və damarları yükləyir ki, bu da onların sağlamlığına çox mənfi təsir edir, təzyiqin artmasına səbəb olur.

4. Siqaret çəkməyin!

Siqaret çəkən insanda damarlar sıxılır ki, bu da təzyiqin artmasına səbəb olur.

Təzyiqi normada saxlamaq istəyirsinizsə, siqaretdən imtina etməlisiniz. Əks halda heç bir müalicə və dərmanlar kömək etməyəcək.  

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.