“Gmail” elektron poçt xidmətində məktublar interaktiv olacaq

“Gmail” elektron poçt xidmətində məktublar interaktiv olacaq
11 İyun 2019 14:32

"Google" şirkəti "Gmail" elektron poçtunda dinamik məzmun üzərində aparılan işləri başa çatdırmaq üzrədir. Bu funksiya kənar resursa keçmədən müxtəlif əməliyyatlar (anketi doldurmaq, internet mağazasında sifariş etmək və ya mehmanxana saxlamaq) etməyə imkan verəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Accelerated Mobile Pages" (sürətləndirilmiş mobil səhifələr texnologiyası) texnologiyasına əsaslanan yeni funksiya iyulun 2-dən etibarən bütün istifadəçilər üçün aktiv olacaq.

Realpress.az


14 İyun 2019
İT

Yaponiyada işıqforlar “5G” siqnallarını ötürəcək

Yaponiyada svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək. Bu barədə ölkənin “NHK” telekanalı məlumat verib.

14 İyun 2019
İT

Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb

Almaniyanın “Siemens” şirkətinin “Gamesa Corporacion Tecnologica” törəməsi yeni istilik elektrik stansiyasının tikintisini başa çatdıraraq istifadəyə verib. Layihənin unikallığı külək elektrostansiyası vasitəsilə toplanan enerjinin vulkan daşlarında saxlanılmasındadır.

14 İyun 2019
İT

Yeni alqoritm robotlara insanların hərəkət istiqamətini tapmağa kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun (MTİ) mühəndisləri tərəfindən işlənib hazırlanmış alqoritm robotlara insanın hərəkət istiqamətini öncədən bilməyə imkan verəcək. Bu xüsusiyyət gələcəkdə robot və insanların birgə işini asanlaşdıracaq.

14 İyun 2019
İT

Didim asteroidinin tədqiqi üzrə missiya üçün radiasiyaya davamlı kompüter hazırlanır

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) Didim asteroidinə uçacaq "Hera" zondu üçün radiasiyaya davamlı kompüter hazırlamağa başlayıb. Qurğu 4 il ərzində planetlərarası məkanda iş qabiliyyətini qoruyacaq. Bu barədə agentliyin məlumatında deyilir.