Yayın istirahət qiymətləri: Tiflis 341, Quba 3200 AZN

Yayın istirahət qiymətləri: Tiflis 341, Quba 3200 AZN
11 İyun 2019 14:58

İlin 11 ayını ofisin divarları arasında keçirən şəxslər yayın gəlişini səbirsizliklə gözləyir. 1 ay, 1 həftə, hətta 3 günü də qənimət bilib, 1 ilin yorğunluğunu canından çıxarmaq üçün istirahətə getmək istəyən insanlar var. 

Realpress.az sizə bu isti yay günlərində ən çox təklif olunan istirahət növləri, tur paketləri və onların qiymətləri barədə məlumat verəcək. Buyurun, keçin, dincəlin!

Əgər, düşünürsünüz ki, dincəlmək üçün elə ən gözəl ölkə öz yurdumuzdur və xarici ölkələrə getməyə gərək yoxdur, o zaman gəlin ölkədaxilində harada və neçiyə dincəlmək olar birgə tanış olaq.

Əgər, siz özünüzü oliqarx kimi hiss etmək istəyirsinizsə və yaxşı pulunuz varsa, o zaman 3200 Azn ödəyib Qubaya 3 nəfərlik tur paket ala bilərsiniz. 

3200 Azn ödəməklə siz 5 gün “Hummer H2” (limuzin)-də gəzəcək, gündə altı dəfə qidalanıb, beş ulduzlu hoteldə gecələyəcəksiniz (VIP). Bundan başqa qiymətə qolf oyunu, tennis və futbol meydançalarından istifadə, SPA (cakuzi, hovuz, sauna, masaj), boulinq və atıcılıq daxildir. 

Bu qiymət sizi qorxutmasın. Ölkədaxili cibinizə uyğun turlar tapmaq da olar. Siz adambaşına 20 Azn-dən başlayan qiymətlərlə bir günlük turlardan yararlana bilərsiniz. Bu qiymətə daxil edilir: Komfortlu Nəqliyyat, Səhər yeməyi, Çay Fasiləsi, Tur Rəhbəri, Fotosessiya (şəkillər DVD diskdə PULSUZ verilir), Yol boyu Əyləncəli Oyunlar (mafia, məntiqi suallar və.s).


Rayonlarda (Quba, Qəbələ, Qax, Nabran və s.) iki nəfərlik otel otaqlarının qiymətləri isə 39 Azn-dən başlayıb, 250 Azn arasında dəyişir. Bu qiymətlərə səhər yeməyi daxil edilsə də nahar və şam yeməklərinin pulunu öz cibinizdən verməli olacaqsınız. 5 ulduzlu otellərin bəzisi sizə 3 dəfə qidalanma təklif edir.

Yox, mən otelə getmək istəmirəm, ən yaxşısı ev tutub dincəlməkdir deyirsinizsə, o zaman gəlin rayonda günlük evlərin qiymətləri ilə də tanış olaq. Bu qiymətlər demək olar ki, gəzib-görməli bütün rayonlarımızda eynidir. Bu evlərin günlük qiyməti 50-60 Azn-dən başlayıb, 350 Azn və daha çox qiymət aralığında dəyişir. 



Ev kirayələdiyiniz zaman, siz yeməyi restoranlarda yox, evdə yeyib, bir az qabağa düşə bilərsiniz. Amma deyirsinizsə ki, daha nə oldu, evdə də bişirim,  tətildə də? O zaman, günlük iki-üç nəfərlik qidalanmanız üçün cibinizdə ən azı 80-100 Azn civarında pul olmağı mütləqdir. 

Tur rəhbəri Kamal Aken deyir ki, istirahət etmək istəyən şəxslər 1 həftəlik ölkə daxili turlara risk etmirlər. Daha çox iki-üç günlük turlara üstünlük verirlər:

"Rayon turlarında kateclərdə qalmaq istəyənlər üçün günlük ən azı 30-40 manat aralığında dəyişir. Otellərdə isə qiymətlər təxmini 60-70 manat olur". 

Rayonlara 1 həftəlik ekonom tur paketinin qiyməti təxmini 500 Azn təşkil edir. Bu qiymətə gediş haqqı, tur ələdçisi və səhər yeməyi daxil olur- deyə, tur rəhbəri bidirir. 

Kamal Aken xarici tur paketləri arasına ən çox Türkiyə və Gürcüstana tələbat olduğunu deyir:

"Xarici turlarda isə məsələn, Antaliyaya 1 həftəlik paketlərin qiyməti 850-1025 manatdan başlayır. İtanbulda isə bu qiymətlər daha ucuz ola bilir. Bu qiymətlərə Azalaldan gediş-gəliş bileti, 5 ulduzlu oteldə yerləşdirimə və səhər yeməyi daxildir. Əgər gündə 3 dəfə qidalanma istəyən müştəri olarsa, o zaman bu qiymət 255 manatartıb 1110-1278 manat olacaq". 

"Gürcüstanda dincəlmək isə çox ucuzdur. Hətta avtostopla gedib pulsuz belə dincəlmək olar. Hostellərdə bir gecəlik təxmini qiymət 6-7 Azn edir. Tiflis balaca olduğu üçün ora həftəlik turlar təşkil olunmur. Turlar maksimun 1-2 günlük olur və qiyməti 255 manattəşkil edir. Gürcüstana həftəlik turlar olduğu zaman ümumi hər yeri gəzirsiniz və bu turların da qiyməti maksimum 341 manat təşkil edir"-deyə, Kamal Aken deyib. 

Yox, əgr ölkədən kənara çıxmağa nə vaxtım, nə pulum var deyirsinizsə, o zaman dincəlmək üçün ən yaxşı yer Xəzərin sahilidir. Kafe-restoranı boş verin, axtarın-araşdırın kəşf olunmamış sahil tapın və bütün yayı dənizən, qumdan və dostlarınızla söhbətdə zövq alın. Bundan başqa siz şəhərin mərkəzində açıq havada yerləşən klublara baş çəkib, bol rəqs etməyi də unutmayın. 



17 İyun 2019
Cəmiyyət

İlkin Xəlilovla bağlı ATV prezidentindən - AÇIQLAMA

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib. 

17 İyun 2019
Cəmiyyət

Azərbaycanlı gəlinlə amerikalı bəyin toyundan maraqlı görüntülər - VİDEO

Azərbaycanlı xanımla amerikalı bəyin toyundan paylaşılan görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.