Qayınatasını döyən beşqat dünya çempionuna azadlıq tələbi

Qayınatasını döyən beşqat dünya çempionuna azadlıq tələbi
11 İyun 2019 15:34

Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Realpress.az  virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib.

Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. Zərərçəkmişin digər vəkili də cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib.

Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmə prosesi iyunun 18-də davam edəcək.

Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər.

Qeyd edək ki, Ehram Məcidov qayınatasını - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. 

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.