Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam

Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam
12 İyun 2019 09:02

Elə kritik və insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlar təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər. Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər.

“Ölkə.Az” Medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir.

1. Arterial qanaxma

Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq. Bu zaman qan axan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı, ya da yaxın xəstəxanaya çatdırmalısınız.

Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur.  Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz.

2. Nəfəs borusunda yad cisim qalması

Daha çox uşaqlarda rast gəlinən bu halda yad cismi çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir.

Əgər bacarırsınızsa, Qeymlix metodu tətbiq olunur. Bu effekt vermədikdə, xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır.

3. Hipoqlikemik koma

Bu, qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsidir. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi sürətlə döyünür, sifəti qızarır. Vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər. Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək.

Təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Əgər təcili yardım 10 dəqiqə gec gəlsə, xəstə komaya düşür. Ona təcili venadaxili qlükoza köçürülməlidir. Evdə və ya yaxında bunu bacaran varsa, dərhal aptekdən qlükoza alıb köçürmək olar.

Hipoqlikemik koma daha çox gənclərdə və diabet xəstələrində olur.

4. Uşaqlarda yalançı inağ

1-6 yaş uşaqlarda infeksiya fonunda yaranır. Əsas təhlükəsi qırtlağın stenozudur ki, tənəffüsü çətinləşdirir. Əvvəlcə inağ kimi hürücü öskürək olur, sonra uşağın ağır nəfəs alması, daha sonra göyərməsi başlayır.

Bu zaman uşağın daha yaxşı nəfəs alması üçün bütün pəncərələri açmalı, isti su dolu vannaya uşağı salmaq lazımdır. Təcili yardım gələnə kimi bunları edə bilməsəniz, maşınla təcili olaraq yaxınlıqdakı xəstəxanaya aparılmalıdır.

5. Nəbzin və tənəffüsün dayanması

Bu, ağciyər-ürək çatışmazlıqlarında olur. Əgər nəbz varsa, tənəffüs yoxdursa, deməli nəfəs yolunu təmizləmək, dili çıxarmaq və süni nəfəs vermək lazımdır.

Əgər nəbz də yoxdursa, dəqiqədə 30-40 dəfə olmaqla ürək masajı edib, süni tənəffüs verilməlidir.

Təcili yardım gələnə kimi bunlar mütləq olunmalıdır.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.