Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Realpress.az xəbər verir ki, hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb.
Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub:
“Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.