BMT: “Dünya əhalisinin yarısından çoxu internetə çıxış imkanından məhrumdur”

BMT: “Dünya əhalisinin yarısından çoxu internetə çıxış imkanından məhrumdur”
12 İyun 2019 16:18

Son 10 ildə dünyada internet istifadəçilərinin sayı 3 dəfədən çox artıb – 2018-ci ildə planet əhalisinin 45,3 faizi internetə çıxış imkanına malik olub. Lakin əksər insanlar üçün internet hələ də bahalı və əlçatmaz xidmət olaraq qalır. Bu barədə BMT-nin rəqəmli əməkdaşlıq üzrə Yüksək Səviyyəli Qrupunun yeni hesabatında deyilir.  

"ICTnews" Elektron Xəbər Xidməti "UN" resursuna istinadən yazır ki, BMT-nin mənzil-qərargahında baş katib Antoniu Quterriş, qrup həmsədrləri Melinda Qeyts və Cek Manın iştirakı ilə rəqəmli texnologiyalar və bu sahədə beynəlxalq əməkdaşlığa həsr edilən yüksək səviyyəli müzakirələr aparılıb.   

"Səmərəli beynəlxalq əməkdaşlıq bu gün mövcud maneələrə baxmayaraq çoxtərəfli yanaşma tələb edir. Bundan başqa, çoxlu hökumət oyunçuları ilə yanaşı, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektorun nümayəndələrinin iştirakı lazımdır", – hesabatda qeyd olunur.

Hesabat müəllifləri xatırladır ki, texnologiyalar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır, lakin əhalinin əksəriyyəti inkişafdan kənarda qalacağı təqdirdə iqtisadi və sosial irəliləyişə nail olmaq mümkün olmayacaq. Ekspertlər qeyd edir ki, rəqəmli texnologiyalardan istifadə imkanına bütün cəmiyyət üzvləri malik olmalıdır və texnologiyalar cəmiyyətin ayrı-ayrı nümayəndələrinin deyil, bütünlüklə onun mənafeyinə xidmət etməlidir.

Bildirilir ki, beynəlxalq ictimaiyyət hələ ki belə nəticələrə nail ola bilməyib. Məsələn, məlumatların toplanılması kimi vacib sahədə çoxlu problemlər mövcuddur. Hesabata görə, 5 yaşadək uşaqların yalnız 73 faizi doğum haqqında şəhadətnaməyə malikdir. Bu isə o deməkdir ki, məlumatlar bazasında dünyada yeni doğulmuş körpələrin 17 faizi haqqında informasiya yerləşdirilməyib. 2014-cü ildə planetdə ölüm hallarının ümumi sayının 2/3 hissəsi isə qeydə alınmayıb. Bundan əlavə, yalnız 11 Afrika ölkəsi yoxsulluq səviyyəsinə görə elektron məlumatlara malikdir.

Rəqəmli əməkdaşlıq üzrə Yüksək Səviyyəli Qrupun hesabatında texnologiyaların gələcək inkişafı və onların Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu ilə bağlı bir sıra tövsiyələr təqdim olunub:

  • 2030-cu ilədək planetin hər yaşlı sakini rəqəmli şəbəkələrə, eləcə də internetdə maliyyə və tibbi xidmətlərə çıxış imkanına malik olmalıdır;
  •  
  • Beynəlxalq ictimaiyyət rəqəmli sahədə, o cümlədən sosial şəbəkələrdə insan hüquqları sahəsində beynəlxalq hüquqa əməl edilməsinə nail olmalıdır;
  •  
  • BMT baş katibi effektiv qlobal rəqəmli əməkdaşlıq mexanizmlərinin yaradılması üzrə açıq məşvərətçi proses təşəbbüsü ilə çıxış etməlidir.

Realpress.az


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.