Sahil Bağında Baku Food Fest-in yubiley sezonu açılır

Sahil Bağında Baku Food Fest-in yubiley sezonu açılır
12 İyun 2019 17:23

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı baş tutacaq - Baku Food Fest. Bu dəfə tədbir 24 gün davam edəcək, 13 İyun - 7 iyul tarixlərində, bakılıların ən sevdiyi məkanlarından biri - Sahil Bağında təşkil olunacaq. Sabah saat 13:00-dan şəhər sakinləri və qonaqlar buranı ziyarət edə bilərlər.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, festival hər zamanki kimi, yemək və içkilərin müxtəlifliyindən əlavə, həmdə maraqlı əyləncəvi proqram ilə gələn qonaqları sevindirəcək. Bu dəfə festivalın əsas partnyorlarından biri Soliton təqdim edəcək açıq mətbəxində hər gün Bakının tanınmış simalarını sizlərlə görüşdürəcək, və onlara qulaq asmaqdan əlavə, sevdikləri yeməklərin hazırlanması prosesini izləmək imkanını yaradacaq.

Bundan əlavə, festivalda ilk dəfə EURO 2020 layihəsinin təqdimatı baş tutacaq, və Baku Food Fest ərazisində futbol simulyasiyalı unikal stend, tədbirə biletlərin satışı haqqında nöqtələr yerləşdirələcək.

Həmçinin, Moskvanın ən tanınmış restoran şəbəkəsi olan Novikov Group Baku Food Fest-də ilk dəfə 2 unikal stendi Caspar cafe və Syrovarnya ilk dəfə təqdim edəcək. Bu qeryri-adi foto stendlərdə yadda qalan şəkillər etməkdən əlavə, "dadlı" prizləri qazanmaq imkanını da yaradacaq!

Hər zaman olduğu kimi, gələn qonaqları rəngarəng musiqili proqram, və qızmar şəhərin daxilində əsl çimərlik əhval-ruhiyyəsi hiss olunacaq! Tədbirin təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Reklam Agentliyi, ASAN Radio və Soliton, Danone, Procter & Gamble, Berg, Azersun və Novikov Group kimi müstəqil brendlərin dəstəyi ilə, Meal for Real şirkətidir.


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.