Tonlarla Azərbaycan pomidorunun Rusiyadan qaytarılması ilə bağlı - AÇIQLAMA

Tonlarla Azərbaycan pomidorunun Rusiyadan qaytarılması ilə bağlı - AÇIQLAMA
12 İyun 2019 17:27


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Qaraçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan iki partiya faraş pomidorunun geri qaytarıldığına dair məlumat yayılıb.

Realpress.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildiriblər ki, Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qaytarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb:

“Hazırda Agentliyin əməkdaşları məsələni nəzarətə götürüb və həqiqətə uyğun olub-olmadığı tərəfimizdən araşdırılır. Fakt öz təsdiqini taparsa, Agentlik aidiyyəti tədbirlər görəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya göndərilən 36,5 ton pomidorun geri qaytarılmasına məhsula baxış keçirilən zaman pomidorların üzərində Cənubi Amerika tomat güvəsinin aşkar edilməsi səbəb olub. Bu məlumatın müxtəlif laborator ekspertizalarla təsdiqini tapdığı da məlumatda qeyd edilib.


25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.