“Baktelecom” optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

“Baktelecom” optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir
13 İyun 2019 11:55

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində mənzillərin optik şəbəkəyə keçirilməsi prosesini uğurla davam etdirir.

Hazırda paytaxt üzrə əhalinin sıx məskunlaşdığı Yasamal və Xətai rayonlarında 40 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib. Eyni zamanda Qaradağ və Suraxanı rayonlarında mənzillərin optik şəbəkəyə keçirilməsi və sakinlərin keyfiyyətli multimedia xidmətləri ilə təmin olunması prosesi davam etdirilir. “Baktelecom” əhalinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan layihənin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Yaxın zamanda paytaxtın Nizami rayonundakı köhnə və yeni tikililərdə də genişzolaqlı şəbəkəyə keçid təmin olunacaq.

Rekonstruksiya işləri fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır.

Qeyd edək ki, “Evədək optika” layihəsi müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli  binaları da əhatə edir. Görülən işlər çərçivəsində istifadəçilər internet avadanlıqları ilə  ödənişsiz olaraq təmin olunurlar. Onlar üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılır.  

Realpress.az








18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.