Ən sürətli IPS monitorları nümayiş olunub

Ən sürətli IPS monitorları nümayiş olunub
13 İyun 2019 12:21

"LG" şirkəti "Е3 2019" sərgisində dünyanın ən sürətli IPS monitorlarını nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, monitorlar IPS matrisaları üçün rekord çağırışa cavab sürəti (1 milli-saniyə) ilə seçilir. Yenilənmiş "LG UltraGear" istehsal xəttinə 2 bükük ekranlı model daxildir. 144 QHs takt tezlikli yenilənmə, 2560x1440 piksel təsvir ölçülü və 350 kandel kvadratmetr (kd/m2) parlaqlıqlı 27 düym diaqonallı "LG 27GL850" monitoru "HDR10" standartını dəstəkləyir və iki "HDMI" və bir "DisplayPort" portu ilə təchiz edilib.

38 düym diaqonallı ekran və 3840x1600 piksel təsvir ölçülü "LG 38GL950G" modeli kiçik versiyadan artırılmış parlaqlığı (450 kd/m2) və yenilənmə tezliyini 144 qiqahersdən 175 QHs-dək sürətləndirmə imkanı ilə fərqlənir. Yeni model "NVIDIA G-Sync" texnologiyasını və "VESA DisplayHDR 400" standartını dəstəkləyir. Siqnal mənbəyinə qoşulma imkanlarını arxa paneldə yerləşən "HDMI" və "DisplayPort" çıxışları təqdim edir. Hər iki monitor "Dynamic Action Sync", "Black Stabilizer" və "Crosshair" texnologiyalarını dəstəkləyir. 38 düymlük model, həmçinin arxa qapaqda quraşdırılan "Sphere Lighting 2.0" "RGB" işıqlandırıcısı ilə təchiz olunub.

İlkin sifarişlərin qəbuluna iyulun 1-dən etibarən başlanacaq "LG 27GL850" monitorunun satışları bu ilin üçüncü rübünə planlaşdırılır. "LG 38GL950G" monitorunun buraxılış tarixi və modellərin qiyməti sonra elan ediləcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.