Körfəzdə iki tanker partladı - Neftin qiyməti bahalaşdı

Körfəzdə iki tanker partladı - Neftin qiyməti bahalaşdı
13 İyun 2019 16:22

Oman körfəzində iki tanker partlayıb.

Realpress.az “Euronews”a istinadən xəbər verir ki, yanan “Kokuka Courageous” adlı tankerin Panama, “Front Altair” adlı tankerin isə Marşal Adaları bayrağı altında üzdüyü bildirilir.

Hadisədən sonra iki gəmidəki ümumilikdə 44 nəfər İran sahil mühafiəzi xidməti tərəfindən xilas edilib.

“Kokuka Courageous” tankerinin Səudiyyə Ərəbistanından Sinqapura methanol daşıdığı açıqlanıb. Məlumata görə, tanker naməlum şəkildə gövdəsindən zərbə alıb.

Tankerlərin hücuma məruz qaldığı ehtimalı üzərində araşdırma aparılır.

Qeyd edək ki, bu hadisədən sonra neftin qiyməti 4 faiz artıb.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.