Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - FOTO

Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - FOTO
14 İyun 2019 09:06

08:43

Məmmədov Ramiz Hümbət oğlunun güllələnərək qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Belə ki, R.Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla öldürülüb.

Realpress.az oxu.az-a istinadən bildirir ki, hazırda Sabunçu Rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsində müayinələr aparır. Ərazidən cinayətdə istifadə olunan odlu silahın gilizi aşkar edilib.

"Hozu" ləqəbli Ramiz Məmmədovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 84 və 113 saylı marşrut xəttinin sahibi olduğu bildirilir.

---------

03:33

Bakının Sabunçu rayonunda silahlı insident olub.

Realpress.az oxu.az-a istinadən bildirir ki, hadisə Zabrat yolu, Şəhər şossesində baş verib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib.

Onlar arasında yaranan mübahisə zamanı yuxarıda adı çəkilən şəxs avtomobilindəki odlu silahı götürərək R.Məmmədova atəş açıb.

R.Məmmədov dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı bildirilir.

R.Məmmədov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

İlkin məlumata görə, R.Məmmədov iş adamı olub. Onun avtomobilindən düşən zaman güllələndiyi bildirilir.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.


12 İyul 2019
Kriminal

Bakıda əməliyyat – Silahlı şəxslər saxlanıldı – FOTO

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

12 İyul 2019
Kriminal

İnterpolun axtardığı Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.

8 İyul 2019
Kriminal

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

4 İyul 2019
Kriminal

İrəvanda “qanuni oğru” belə öldürüldü - VİDEO

Xəbər verdiyimiz kimi, erməni "qanuni oğru" Andranik Harutyunyan İrəvanda öldürülüb.