Bakıda iş adamının güllələnməsinin - TƏFƏRRÜATI

Bakıda iş adamının güllələnməsinin - TƏFƏRRÜATI
14 İyun 2019 13:13


Bakıda iş adamının güllələnməsinin təfərrüatları məlum olub.

Realpress.az xəbər verir ki, qətl iyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib.

47 yaşlı yeznəsi Məmmədov Ramiz Hümbət oğlunun qətlində şübhəli bilinən 45 yaşlı Siyəzən rayon sakini Şirinov Rauf Həsən oğlu cinayət yerindən qaçıb və hazırda axtarışdadır.

Şərur rayon sakini Ramiz Məmmədovun avtomobilində ov tüfəngi ilə güllələndiyi ehtimal edilir. O, qarın və ayaq nahiyəsindən iki güllə yarası ilə ağır vəziyyətdə 3 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi qətldə şübhəli bilinən şəxs idarə etsə də, “84” və “113” nömrəli avtobusların marşrut xətləri R.Məmmədova məxsus olub. İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.

R.Şirinov qətldə istifadə etdiyi odlu silahla birlikdə qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun hələ ölkə hüdudlarında olduğuna ümid edir. Cinayətkarın axtarışına Sabunçu rayon Polis İdarəsinin əməkdaşları səfərbər olunub.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.