Bakıdan Batumiyə birbaşa aviareys açılıb - QİYMƏT - FOTO

Bakıdan Batumiyə birbaşa aviareys açılıb - QİYMƏT - FOTO
14 İyun 2019 13:17

İyunun 14-də "Buta Airways" büdcə aviaşirkətinin Bakı-Batumi marşrutu ilə ilk aviareysini keçirib.

Realpress.az Trend-ə istinadən bildirir ki, bu marşrut şirkətin Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. "Buta Airways" artıq Bakıdan Tbilisiyə reyslərə həyata keçirir.

Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib.

Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib:

"Bakı-Batumi reysinin açılması təkcə turizm sahəsində deyil, eləcə də işgüzar sahədə sıx münasibətlərin formalaşmasına xidmət edəcək, çünki Gürcüstan investorlar üçün də çox maraqlıdır".

AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev vurğulayıb ki, yeni reysin açılması mühüm hadisədir:

"Bu reys sərnişinlər arasında populyar olacaq və həm Azərbaycanda, həm də Gürcüstanda turizm sahəsinin inkişafına töhfə verəcək".

Bakı-Batumi reysi üzrə avibiletləri 29 avrodan başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri keçiriləcək.



23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.