Türkiyədən ABŞ-a sərt ittiham

Türkiyədən ABŞ-a sərt ittiham
14 İyun 2019 16:51


ABŞ Suriyanın Mənbic şəhəri üzrə Türkiyə-ABŞ “yol xəritəsi”nin gerçəkləşdirilməsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Anadolu” agentliyinin məlumatına görə, belə bir bəyanatla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“ABŞ və koalisiya qüvvələri YPG ilə əməkdaşlıq edir, onlara dəstək göstərirlər. İndi isə onları (Mənbicdən - red.) çıxarmaqda çətinlik çəkirlər. Bir il əvvəl Mənbic üzrə razılıq əldə olunmuşdu, YPG terrorçuları tərk etməli idi, niyə hələ də oradan çıxmayıblar?” - deyə nazir ritorik sual ünvanlayıb.

Xatıraldaq ki, Türkiyə və ABŞ hərbi komandanlığı silahlı kürd birləşmələrin Mənbicdən çıxarılması ilə bağlı tədbirlər planını 2018-ci ilin yay aylarında razılaşdırıb.

Ona qədər Ankara Vaşinqtondan hərbçilərini Hələb bölgəsindən çıxarmasını tələb edirdi, belə ki, Suriya ilə cənub sərhədini terrorçulardan təmizləmək üçün əməliyyat keçirməyə hazırlaşırdı.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.