Xərçəngə meydan oxuyan içki

Xərçəngə meydan oxuyan içki
14 İyun 2019 16:59

Xar tutun kimyəvi tərkibi olduqca zəngindir - karotin, B qrupu vitaminləri,kalsium, fosfor, kalium, maqnezium, selen, sink, mis, orqanik turşular və s.

Bu səbəbdən xar tut insan sağlamlığı üçün çox faydalıdır. Xar tut qanazlığı zamanı yardım edir, sinir sistemi, görmə üçün faydalıdır, immun və ürək-damar sistemlərini möhkəmləndirir, orqanizmi cavanlaşdırır. 

Antioksidantlarla zəngin olan xar tutun istehlakı xərçəngin riskini də azaldır.

Xar tutdan hazırlanan içki "gənclik iksiri" də adlanır.

Lazım olanlar:

- 200 qr xar tut

- yarım ədəd limonun suyu

- 1 x.q şəkər tozu

Tutun saplaqlarını təmizləyin. Bol su ilə yuyun. Dərin bir qaba alıb üzərinə şəkəri əlavə edin. Çəngəllə əzərək püre halına gətirin. Daha sonra limon suyu əlavə edib süzgəcdən keçirin. Süzgəcdə qalan pürenin üzərinə bir fincan su əlavə edin onu da süzün. Əldə etdiyiniz içkinin yarı-yarıya si ilə qatın.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.