Araz Ağalarov bu sahələrə investisiya yatırmağı təklif edir

Araz Ağalarov bu sahələrə investisiya yatırmağı təklif edir
17 İyun 2019 09:20

“Crocus Group”un sahibi Araz Ağalarov Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətləri daha fəal şəkildə inkişaf etdirməyə çağırıb.

Realpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu iş adamı Türkiyədə dərc olunan “Medya Günlüğü” nəşrinə müsahibəsində deyib:

“Türkiyə ilə Rusiya arasında möhkəm ticarət-iqtisadi münasibətlər var. Mənə məlum olduğu kimi, ikitərəfli mal dövriyyəsi artmaqda davam edir. Lakin düşünürəm ki, Türkiyə şirkətləri Rusiyada fəal olmalıdırlar. Hələlik Türkiyə şirkətləri Rusiya bazarında bütün potensialdan istifadə edə bilmirlər. Halbuki, potensial çox böyükdür”.

İş adamı qeyd edib ki, Türkiyə mallarına yüksək rüsumlar tətbiq edilir və onların optimallaşdırılması mexanizmi barədə düşünmək zəruridir:

“Türkiyədən yardımçı avadanlıq gətirərək Rusiyadakı zavodda istehsalla məşğul olmaq olar. Belə olan halda həm rüsumlar, həm də xərclər az olacaq. Bu cür investisiyalar sayəsində biz ikitərəfli mal dövriyyəsini artıra bilərik. Bu, metodlardan biridir. Məsələn, tikiş istehsalatı da qurmaq olar. Parçaları Türkiyədən gətirib burada məhsul istehsal etmək mümkündür. Beləliklə, bir çox metodlardan istifadə edərək həm iki ölkə arasında mal dövriyyəsini, həm də Rusiyada daxili istehsalı artırmaq olar”.

Ağalarov əlavə edib ki, Türkiyənin qida və xalq istehlak malları baxımından potensialı daha yüksəkdir. Eyni zamanda, Türkiyə kənd təsərrüfatı sahəsində Rusiya ilə daha məhsuldar əməkdaşlıq edə bilər:

“Misal üçün, Rusiyanın cənubunda - Rostov vilayətində, Krasnodar və Stavropol diyarlarında Türkiyə texnologiyalarından istifadə etməklə birgə müəssisələr yaradıla bilər. Çox məhsuldar torpaqlar var. Tarixdən bir misal çəkmək istəyirəm. Müharibə illərində alman nasistləri Voronej vilayətindən torpağı qatarlarla Almaniyaya daşıyırdılar. Voronej qaratorpağının keyfiyyəti bütün dünyada məşhurdur. Türkiyə texnologiyalarının tətbiqi ilə Voronej vilayətində istixana müəssisələrinin açılması yaxşı olardı. Biz Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsindən yararlanmalıyıq. Sonra isə həmin kənd təsərrüfatı məhsullarını həm Rusiyanın özündə, həm də xaricdə sata bilərik”. 


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.