Virtual hücumlara ən həssas olan cihazlar – SİYAHI

Virtual hücumlara ən həssas olan cihazlar – SİYAHI
17 İyun 2019 09:24


“Securing Sam” antivirus proqram təminatının tərtibatçıları hazırda orta hesabla hər bir  Avropalının evində internetə qoşulmuş 14 cihazın olduğunu müəyyən edib.

Bu haqda “Hi-News” informasiya-texnologiyaları portalı yazır.

ABŞ-da isə bu göstərici 17-ə çatır. Onların hər biri virtual hücumlara məruz qalma riski daşıyır. Kiber-dələduzlar həmin cihazlara giriş əldə edib, istifadəçilərin şəxsi məlumatlarını oğurlaya bilər. 

Şirkətin əməkdaşları araşdırma apararaq, virtual hücumlara ən həssas olan cihazların növlərini müəyyən edib. İnternetə qoşulmuş cihazların diapazonu olduqca böyükdür, buraya smartfonlar, ağıllı televizorlar, müşahidə kameraları, internetə qoşulmuş musiqi mərkəzləri, ağıllı mətbəx qurğuları və s. daxildir. 

Araşdırma nəticəsinə görə haker hücumlarından ən zəif qorunan cihazlar IP-kameralar sayılır. Bir qayda olaraq ucuz kameraların analoji quruluşu və zəif müdafiə sistemi olur. Ona görə də hakerlər bir aparatın təhlükəsizlik sistemini “sındırmaqla”, eyni qiymət kateqoriyasından olan digər modellərə də müdaxilənin yolunu asanlıqla öyrənə bilir.

Haker hücumlara ən həssas cihazlar:

İP-müşahidə kameraları

Məlumat saxlama cihazları

Printerlər

Televizorlar

İP-telefonlar

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.