İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü
17 İyun 2019 11:44


İndoneziyada avtobus, yük maşını və furqonların iştirakı ilə ağır yol qəzası baş verib.

Sinxua” agentliyinin polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Qərbi Yava əyalətinin Macalenqka dairəsinin polis rəisi Atik Susvanti bildirib ki, qəza avtobusun təsadüfən qarşı hərəkət zolağına çıxması nəticəsində baş verib.

İlkin ehtimala görə, sürücü yuxulu olub və diqqəti yayındığından sükana nəzarəti itirib.

Qəzanın səbəbləri araşdırılır.

Realpress.az


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.