"Ankaragücü" klubu baş məşqçisiz qalıb.
Realpress.az matc.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisinin çalışdırıcısı Mustafa Kaplan istefa verib.
O, bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.. 51 yaşlı mütəxəssis 6 aylıq fəaliyyətini başa vurduğunu bəyan edib.
Mustafa Kaplan "Ankaragücü"nü yanvar ayından çalışdırırdı. Onun rəhbərliyi altında 17 oyuna çıxan paytaxt təmsilçisi 5 qələbə qazanıb, 5 heç-heçəyə imza atıb, 7 dəfə də məğlub olub. Komanda mövsümü 13-cü pillədə başa vurub.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.