Lənkəranda yaşlı qadın çayda boğuldu

Lənkəranda yaşlı qadın çayda boğuldu
17 İyun 2019 13:07


Lənkəranda 63 yaşlı qadın çayda boğulub.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova Sütəmurdov kəndində ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Qadının cansız bədəni müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

Yaxınlarının sözlərinə görə, S.Nəsirova Lənkəranın Kərgəlan kəndində doğulub və son 5 ildə Bakıda yaşayıb. Mərhum astma xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.



25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.