Buzovnada narkoplantasiya aşkarlandı

Buzovnada narkoplantasiya aşkarlandı
21 İyun 2019 15:27

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Realpress.az-a verilən məlumata görə, D.Ardatyev ilkin təhqiqat zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarının yaxınlığında spesifik iyi olan bitki yarpaqlarını yığaraq özündə saxlayıb.

İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı, ev sahibi paytaxt sakini E.Rüstəmov da saxlanılıb. Onun həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilib, ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülüb.

E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi "Saipa" markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılmış 2 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.


22 İyul 2019
Kriminal

Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB

Bakı Apelyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası baş tutmayıb.

22 İyul 2019
Kriminal

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

12 İyul 2019
Kriminal

Bakıda əməliyyat – Silahlı şəxslər saxlanıldı – FOTO

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

12 İyul 2019
Kriminal

İnterpolun axtardığı Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.