Freddi Merkurinin heç vaxt eşidilməyən mahnısı yayımlandı

Freddi Merkurinin heç vaxt eşidilməyən mahnısı yayımlandı
22 İyun 2019 14:22

“Queen” qrupunun solisti Freddi Merkurinin “Time Waits For No One” adlı mahnısının bu günə qədər eşidilməyın bir versiyası illər sonra yayımlanıb.

Realpress.az xəbər verir ki, mahnını “BBC” radiosu səsləndirib. Bu mahnı 1986-cı ildə lentə alınan “Time” filminin soundtreki olub.

O dövrdə səsləndirilən versiyada Ferddinin səsi bir çox bekvokal müşayəti ilə eşidilir. Amma mahnının əvvəlcə piano ilə lentə alınmış fərqli bir versiyası səsləndirilib. Mahnının sözləri Deyv Klarka məxsusdur. Deyv Klark “BBC” radiosuna müsahibəsində deyib ki, Freddinin piano ilə səsləndirdiyi versiyanı eşidəndə tükləri biz-biz olub. Amma mahnının son versiyası filmdə səsləndirlib. Bununla belə, Deyv mahnıda hər zaman nəyinsə çatışmadığını düşünüb. Uzun araşdırmalardan sonra Klark 2017-ci ildə bu versiyanı tapır.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.