Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir
23 İyun 2019 13:17



Ötən gün “Sea Breeze”də keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub. Xalq artisti Emin Ağalarov səhnə öncəsi media nümayəndələrinin suallarını cavablandırıb.

Realpress.az xəbər verir ki, Xalq artisti iyulun 25-dən 28-dək baş tutacaq “Jara-2019”un hazırlıqları, möhtəşəm duetlər və rusiyalı ulduzların keçirilməsi planlaşdırılan yaradıcılıq gecələri haqqında danışıb.

Emin gələcəkdə Azərbaycanda “Jara” radiosu, eləcə də, “Jara TV” açmaq niyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və “Jara” mükafatı məhz yerli ulduzlara veriləcək.

Qeyd edək ki, “Jara” musiqili festivalı ölkəmizdə dördüncü ildir ki, Xalq artisti Emin Ağalarov tərəfindən təşkil olunur.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.