Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi

Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi
24 İyun 2019 13:10

Marsın səthində yüksək səviyyədə metan qazının ayrılması planetdə mikro orqanizmlərin olmasından xəbər verir.

Realpress.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Qəzetin xəbərinə əsasən, bunu NASA alimləri bildiriblər. Alimlər ötən həftə "Curiosity" aparatının topladığı məlumatları tədqiq ediblər.

Marsdan hava nümunəsi həftənin çərşənbə axşamı götürülüb. Cümə günü isə təcrübələr zamanı havada yüksək miqdarda metan qazı aşkar edilib.

Alimlər "Curiosity"dən əlavə məlumat istəyiblər. Əgər kəşf təsdiqlənsə, yaxın günlərdə rəsmi elan ediləcək.

Kəşf edilən qaz planetin daxilində milyonlarla il mövcud ola bilərdi. İndi isə yarıqlardan üzə çıxır. Amma ehtimal edilir ki, metan qazı bu yaxınlarda sızıb. Çünki nazik qatlı Mars atmosferində metan molekulu asanlıqla günəş işığı və kimyəvi reaksiyalarla bölünür.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.