"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.
Realpress.az istinadla bildirir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, ləğv edilən idarənin bazasında “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. Yeni departamentə Elsevər Rüstəmli rəis təyin edilib: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə işləyəcək".
2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.
“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.