Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Realpress.az matc.az-a istinadən xəbər verir ki, bu gün güləş yarışlarına start veriləcək.
Mübarizəyə sərbəst güləşçilər başlayacaq. 4 pəhləvanımızın hər biri 1/8 final mərhələsindən yarışa qoşulacaq.
Minsk-2019
25 iyun
Sərbəst güləş
57 kq
Mahir Əmiraslanov mübarizəyə bolqarıstanlı Georgi Vangelova qarşı görüşlə başlayacaq.
74 kq
Hacımurad Hacıyevun 1/4 final yolundakı rəqibi Maksim Vasilioqlo (Rumıniya) olacaq.
86 kq
Aleksandr Qostiyev İsveçrə təmsilçisi Stefan Reyçmutu sınağa çəkəcək.
125 kq
Camaləddin Məhəmmədov belaruslu Vitali Pyasnyakla üz-üzə gələcək.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.