Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni - VİDEO

Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni - VİDEO
25 İyun 2019 11:52


Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi ilə bağlı videoçarx yayıb.

Xatırladaq ki, 7-11 iyun tarixlərində Naxçıvanda Azərbaycanla Türkiyə arasında “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçirilib.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq olub.

23 İyul 2019
Hərbi

Cəbhədən XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.

20 İyul 2019
Hərbi

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır

18 İyul 2019
Hərbi

Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində

Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində