Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı - VİDEO

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı - VİDEO
25 İyun 2019 14:35

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisinə avtoxuliqanlıq edən 99 LE 781 dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovu saxlayıblar.

Realpress.az Avtosfer.az-a istinadla xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib.

O təxminən 4 mülkü avtomobil və iki YPX maşınına ziyan vurub. Eyni zamanda işıqforda dayanam zaman yol patrul xidməti əməkdaşı açıq olan şüşədən əlini salaraq avtomobilin qapısını açmaq istəyib. Bu zaman Kamran Qasımov şüşəni bağlayaraq maşını sürüb. Nəticədə qırılan şüşə YPX inspektorunun əlini doğrayıb. Sürücünün narkotik vasitələrin təsiri altında olduğu ehtimalı yaranıb. O, müayinə olunmaq üçün Maştağada yerləşən tibbi müayinə mərkəzinə aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü saxlanılan zaman avtomobilində energetik içki və şpris aşkarlanıb. Hazırda sürücü Narkoloji Dispanserdə müayinə olunub. O, narkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib. Daha sonra isə onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndəriləcək. 


29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.