Ekspertdən aylıq sosial ödənişin məbləği ilə bağlı - TƏKLİF

Ekspertdən aylıq sosial ödənişin məbləği ilə bağlı - TƏKLİF
27 İyun 2019 10:12


Minimum aylıq əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə bağlı Prezident sərəncamından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.

Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb

Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:

“Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

Qeyd edək ki, iyunun 18-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.


23 İyul 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 23 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

22 İyul 2019
İqtisadiyyat

Azərbaycan Türkiyədən vaqon sifariş etdi - 36 milyon dollar ödəniləcək

Azərbaycan Türkiyədən vaqon sifariş etdi - 36 milyon dollar ödəniləcək