Yapon avtomobil istehsalçıları avtonom avtomobillərin yaradılması üçün birləşib

Yapon avtomobil istehsalçıları avtonom avtomobillərin yaradılması üçün birləşib
04 İyul 2019 12:21

Yaponiyanın “Monet” şirkəti (Toyota Motor və SoftBank birgə müəssisəsi) avtonom sistemlərin birgə hazırlanması məqsədilə ölkənin 5 iri (Mazda, Subaru, Suzuki, Isuzu və Daihatsu) avtomobil istehsalçısı ilə birləşib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, əməkdaşlığın məqsədi sürücüsüz avtomobillər üçün texnologiyaların təkmilləşdirilməsi və yeni xidmətlərin hazırlanması olacaq.
 
“Toyota” artıq növbəti ildə Cənub-Şərqi Asiya bazarı üçün sürücüsüz avtomobilin baza versiyasını ərsəyə gətirməyə hazırlaşır. 2021-ci ilədək ilk avtonom minik avtomobilləri və avtobuslarının Yaponiyada istifadəyə veriləcəyi gözlənilir. Sürücüsüz nəqliyyat vasitələrinin “Toyota” şirkətinin 2018-ci ildə “CES” sərgisində nümayiş etdirdiyi “e-Palette” miniavtobusunun bazasında yaradılacağı ehtimal olunur.
 
Yaponiyanın nəhəng avtomobil istehsalçılarının birgə fəaliyyəti avtonom avtomobillər üçün həm proqram, həm də aparat təminatının hazırlanması üzərində işi nəzərdə tutur.  

Realpress.az


12 İyul 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 12 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

11 İyul 2019
İqtisadiyyat

"Euromoney" Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!

Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney" jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence" mükafatının təntənəli təqdimatı mərasimində  açıqlanıb.

10 İyul 2019
İqtisadiyyat

Banklarda 500 avroya 1 faiz komissiya tutulur

Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu, o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir.