Nadir Qafarzadə və Elton Hüseynəliyev də səfir oldu

Nadir Qafarzadə və Elton Hüseynəliyev də səfir oldu
04 İyul 2019 14:26


21 iyul tarixində “Crystall Hall”da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər Festivalına iki həftədən bir qədər çox vaxt qalıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən realpress.az-a verilən məlumata görə, yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub.

Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.

Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Müğənnilər Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan edilib. 

Qeyd edək ki, bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da festival könüllülərinin “Ulduz səfirləri” elan olunub. Onlar festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.

Atletlər Kəndi yarışa tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaq.

Qeyd edək ki, festivalda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər kəs şəxsiyyət vəsiqəsi ilə dörd ədəd bilet əldə edə bilər. Bu, hətta məktəbli şagirdlərə şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə çox sayda bilet ala bilər.


23 İyul 2019
Şou-biznes

Nura Suri Rafət El Romanla - Müğənninin Bodrum macəraları - FOTO

Müğənni Nura Suri yay istirahətinə önəm verən şou nümayəndələrindəndir.

22 İyul 2019
Şou-biznes

Elza Seyidcahan jurnalistlərə şeir HƏSR ETDİ — Qaytarsınlar aldıqlarını - MƏTN

Əməkdar artist Elza Seyidcahan milli məbuat günü münasibəti ilə yeni şeir yazıb.

22 İyul 2019
Şou-biznes

Bir zamanlar məşhur olan aparıcını görənlər TANIMADI — FOTO

Bir zamanlar məşhur “Sirr qapısı” verilişinin aparıcısı olmuş Reha Yepremi görənlər tanımayıb.

22 İyul 2019
Şou-biznes

Azərbaycanlı aparıcı xəstəxanaya düşdü - FOTO

Aparıcı Samir Bayramlının səhhətində problem yaranıb.