Arzu Əliyevanın filmi Avropa Şurasında - FOTO

Arzu Əliyevanın filmi Avropa Şurasında - FOTO
05 İyul 2019 11:46


Strasburqda Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə reallaşmış təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov ölkəmizin diplomatik xidmət orqanlarının yaranması tarixindən və qısa müddətdə gördüyü işlərdən danışıb.

O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.

Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi təqdim edilib.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.