Tez-tez köpürsünüzsə, diqqətli olun! Bu ağır xəstəliklərə işarə edir

Tez-tez köpürsünüzsə, diqqətli olun! Bu ağır xəstəliklərə işarə edir
05 İyul 2019 13:21

Köp adətən qidaya olan orqanizmin reaksiyasıdır. Lakin bəzən köp ağır xəstəliyin simptomu kimi meydana çıxa bilər.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, Rusiyanın Seçenov adına Tibb Universitetinin müəllimi Evgeniy Moroşkinin sözlərinə görə, bağırsaqlarda qazların olması təbii fizioloji haldır. Hava mədə-bağırsaq sisteminə insan yeməyi udanda daxil olur.  Daha sonra həzm prosesləri zamanı da qazlar əmələ gəlir. Həmçinin qazların müəyyən miqdarı bağırsaqlara qandan daxil olur.

Bəzi qida və içkilər bağırsaqlarda qazların daha çox əmələ gəlməsinə səbəb ola bilər. Bu qazlı içkilər, çovdar çörəyi, kələm, paxlalılar, bir çox meyvə və giləmeyvələr ola bilər.  Süd məhsulları və xüsusilə süd bəzi insanlarda yaxşı həzm olunmadığından köpməyə səbəb olur.

Stress, güclü psixoemosional gərginlik həzm proseslərinin pozulmasına səbəb olur ki, bu da köpün artmasına gətirib çıxardır.

Sağlam insanda köp heç bir xüsusi müalicə tələb etmir və özü-özündən keçir. Lakin köp insanı çox narahat edirsə, uzun müddət keçmirsə, köpdən əlavə insanda gəyirmə, ürəkbulanması, qəbizlik və ya ishal, iştahanın azalması kimi simptomlar əmələ gəlibsə, bu artıq həzm sistemində hər hansı xəstəlik və ya pozulmaya işarə edə bilər.

Bəzən köp xərçəngin simptomu kimi meydana çıxır. Məsələn, qadınlarda yumurtalıq xərçəngi zamanı köp, qarında ağırlıq kimi simptomlar çox tez-tez olur.


12 İyul 2019
Səhiyyə - Sağlamlıq

Az su içmək ziyanldır, çox su içmək ölümcüldür

Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.

11 İyul 2019
Səhiyyə - Sağlamlıq

Böyrək daşlarını tökən 3 TƏBİİ RESEPT

Boyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir.

10 İyul 2019
Səhiyyə - Sağlamlıq

Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə

Süd vəzi xərçəngi qadınlar arasında rast gəlinən bədxassəli şişlər arasında birinci yeri tutur. ÜST  statistikasına görə, hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi  qeydə alınır.

9 İyul 2019
Səhiyyə - Sağlamlıq

Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!

Təbii kərə yağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Təəssüf ki, son vaxtlar kərə yağının adı altında bizə daha çox marqarin, spred və s. bu kimi saxta ziyanlı yağlar təklif olunur.