Marsda ABŞ-a məxsus sualtı qayıq tapıldı

Marsda ABŞ-a məxsus sualtı qayıq tapıldı
05 İyul 2019 15:05

Qırmızı planetin səthində sirli obyekt kəşf edilib.

Realpress.az ölkə.az-a istinadən bildirir ki, obyekt konturlarına görə kiçik kateri xatırladır. Tədqiqatçılar iki versiya üzərində dayanırlar. Birinci versiyaya əsasən, gəmini marslılar inşa ediblər. İkinci versiyaya görə, qayıq hansısa yolla Yerdən gətirilib.

Kəşf məşhur ufoloq Skott Uorinqə məxsusdur. O, şəxsi bloqunda bildirib ki, Marsda qədim mədəniyyətin izlərini axtaranda bu qayığa rast gəlib.

"Qayığın quyruq kimi üzgəci var. Eyni zamanda illüminatorlar da görünür. Ehtimal edirəm ki, şüşə hələ də sınmayıb. Eyni zamanda iki dor da salamatdır, amma onların hündürlüyünü müəyyən etmək olmur. Eyni zamanda piramidalı iki rombşəkilli obyekt də var. Bu isə sübut edir ki, qayıq şüurlu varlıqlar tərəfindən inşa edilib. Ya da burada nə vaxtsa tərsanə olub. Düşünürəm ki, qayıq ikinəfərlikdir", - Skott bildirib.

Uorinqin dostları isə yeni versiya irəli sürüblər. Onlar bildiriblər ki, qayıq Yerdən Marsa kvant teleportasiyası vasitəsilə gedib. Bu, ikinci dünya müharibəsi dövrünə aid ABŞ hərbi gəmisidir.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.