Vanqanın 2019-cu il proqnozları

Vanqanın 2019-cu il proqnozları
08 İyul 2019 11:24

Bolqar kahin Vanqa 1996-cı ildə dünyasını dəyişsə də, onun öncəgörmələri bu gün də müzakirə edilir.

Realpress.az ölkə.az-a istinadən bildirir ki, bəzi alimlər də hətta onun öncəgörmələrinə inanırlar. Çünki Böyük Britaniyada Breksit, İŞİD terrorçuları, 11 sentyabr faciəsi, Rusiyanın "Kursk" sualtı qayığının məhvi barədə Vanqa əvvəlcədən məlumat vermişdi.

"The Sun" qəzeti bəşəriyyəti 2019-cu ildə nələrin gözlədiyini araşdırıb.

Vanqanın öncəgörmələrinə əsasən, ABŞ prezidenti Donald Trampı sirli xəstəlik gözləyir. Siyasətçinin qulaqlarında səs və ürəkbulanması ortaya çıxacaq və o, kar olacaq. Analoji simptomlar artıq Kuba və Çindəki amerikalı diplomatlarda üzə çıxıb. Vanqanın fikrinə əsasən, bu gizli silahın təsiri və ya müntəzəm dinləmələrin mənfi təzahürü kimi də ortaya çıxa bilər. Bundan başqa ABŞ prezidentinin qohumlarından biri ciddi yol qəzasına düşəcək.

Asiyanın bir hissəsi təbii fəlakət nəticəsində xəritədən silinəcək. Rusiyanı isə meteorit yağışı gözləyir.

Vanqanın öncəgörmələrinə əsasən, 2028-ci ildə planetimizdə qlobal aclığın kökü kəsiləcək. 2256-cı ildə isə insanlar Marsda koloniya yaradacaqlar. Nüvə dövlətinə çevriləcək bu koloniya Yerdən müstəqilliyini tələb edəcək.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.