Realpress.az xəbər verir ki, əbabil quşu Bakıda fəaliyyət göstərən ofislərdən birinə girib. Bu barədə şirkətin əməkdaşı məlumat verib:
“Səhər ofisə gələndə gördüm. Uça bilmirdi.O quşlar daim havada uçur. Nadir hallarda yerə qonur. Gördüm ofisdə, masanın üzərindədir. Tutum, su verdim, içdi. Sonra balkondan buraxdıq, sürət yığıb havaya qalxdı və gözdən itdi”.
Qeyd edək ki, əbabil quşları barədə Quranın Fil surəsinin 105-ci ayəsində məlumat verilib: “Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu”.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.