Çin 2020-ci ildə Marsa ilk tədqiqat missiyasını göndərməyi planlaşdırır. Artıq alimlər kosmik aparat üzərində bütün işləri bitiriblər. Bu haqda Çinin "Global Times" nəşri yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, 5-7 iyul tarixlərində Jiçjao (Şandun əyaləti) şəhərində keçirilmiş peyk və kosmos üzrə konfransda hazırlanmış kosmik aparat haqda məlumat verilib. Sözügedən aparatın əsas vəzifəsi planetdə həyat əlamətləri axtarmaqdan ibarətdir. Həmin aparat Marsda atmosferi, landşaft, geoloji və maqnit xüsusiyyətlərini araşdıracaq.
Bundan başqa missiya zamanı, həmçinin insanın Mars planetinə uyğunlaşıb yaşaya bilməsi potensialı qiymətləndiriləcək.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.