Çernobılda nüvə fəlakətindən sonra bitkilər niyə ölmədi?

Çernobılda nüvə fəlakətindən sonra bitkilər niyə ölmədi?
09 İyul 2019 09:17

Bitkilərdə də insanlarda olduğu kimi xərçəngli hüceyrələr ortaya çıxa bilər, ancaq bitkilər bu səbəblə ölmür. Bəs bitkiləri həyatda saxlayan amil nədir?

Realpress.az deyerler.org-a istinadən bildirir ki, Çernobıl deyiləndə, hamının ağlına nüvə reaktorunda yaşanan faciə gəlir.

2600 kvadrat kilometrlik boşaldılmış sahədə həyat yenidən ortaya çıxır. Bölgədəki ilk həyat əlaməti isə bitkilər oldu.

Bitkilər də radiasiyadan zərər görür və xərçəng ola bilirlər. Bəs bitkilər niyə insanlar kimi xərçəngdən ölmür? Bunun müxtəlif səbəbləri var.

İlk olaraq, bitkilər bir yerdən başqa bir yerə öz istəkləriylə gedə bilmirlər. Gedə bilməyən bitkilər, özlərini ətrafa uyğun hala gətirirlər. Bu vəziyyəti, yarpaq forması dəyişdirməkdən kök uzunluğunu uzadıb qısaltmağa qədər müxtəlif formalarda ola bilir. Radiasiyanın ən sıx olduğu bölgələrdə belə bitki həyatı 3 il ərzində yenidən bərpa oldu.

Çernobılda yayılan hissəciklər balanssız və yüksək enerjili idi. Bu hissəciklər də canlı hüceyrələrindəki mexanizmlərə təsir edirdi. Əksər qisim özünü yeniləyə bilmə qabiliyyətinə sahib olsa da, DNT-lərin zərər görmələri halında bərpası mümkün olmur. Tamamilə zərər görən DNT-lərə sahib hüceyrələr ölür. Qismən zərər görən DNT-lər isə, özlərini tamamlamağa çalışır. Nəticə olaraq mutasiyalar meydana gəlir. Bu mutasiyalar da idarəsizcə böyüyən, bölünən və yayılan hüceyrələr meydana gətirir. Bu vəziyyətin nəticəsində də xərçəng ortaya çıxır.

Dünyanın meydana gəldiyi, həyatın ilk ortaya çıxmağa başladığı dövrlərdə çox daha ciddi radiasiya problemi vardı. Bitkilər də bu vəziyyətə uyğunlaşma təmin edəcək şəkildə hərəkət etmişdi. Çernobıl hadisəsindən sonra da bənzər bir mexanizm dövrəyə girmiş, bitkilər atalarından qalma xüsusiyyətlərini yenidən istifadə etmiş ola bilər.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.