Qlobal müharibə, ABŞ-da zəlzələlər — Nostradamusun 2019-cu il öncəgörmələri

Qlobal müharibə, ABŞ-da zəlzələlər — Nostradamusun 2019-cu il öncəgörmələri
09 İyul 2019 11:03

Fransız həkim və kahin Nostradamusun kitabı 1555-ci ildə çap edilib.

Realpress.az xəbər verir ki, alimlər kitabdan bəzi fraqmentlərin də kodunu aça biliblər. Məlum olub ki, 942 beytdən 2019-cu ilə aid olanlar da var.

Bəzliləri Nostradamusu fırıldaqçı, bəziləri böyük kahin adlandırır. O, 1666-cı il London yanğınını, 1789-cu il Fransa inqilabını, Hitlerin hakimiyyətə gəlişini, Kennedinin qətlini və 11 sentyabr terror aktını əvvəlcədən bilirdi. İndi isə onun 2019-cu il üçün proqnozları üzə çıxıb.Рисунок © Dailystar.co.uk

Alimlər Nostradamusun öncəgörmələrini oxuya biliblər. Burada texnologiyanın nəaliyyətlərindən, qlobal, dağıdıcı müharibələrdən və təbii fəlakətlərdən söz açılır. Əgər deyilənlərə inansaq, bu il üçüncü dünya müharibəsi başlayacaq və 27 il davam edəcək. Müharibəni kimin başlayacağı dəqiq bilinmir. Amma terror Avropa və ABŞ-da geniş yayılacaq. Yaxın Şərqdə dini ekstremizm geniş yayılacaq.

Öncəgörmələrdə müsbət məsələlər də var. Böyük dövlətlərin liderləri nəhayət ki, ekologiyanın lehinə müqavilə imzalayacaqlar. Amma böyük zəlzələnin qarşısı alınmayacaq. Zəlzələnin mərkəzi isə Kaliforniya ilə Vankuver arasında olacaq.Фото © Dailystar.co.uk

Bununla yanaşı, qəribə proqnozlar da var. Məsələn, insanlar heyvanların dilini öyrənəcəklər, tibb elmində yeni kəşflər sayəsində insan 200 il yaşaya biləcək. Nostradamus Nyu-Yorkda terror aktı barədə də məlumat verib:

“Dünyanın mərkəzindən çıxan vulkanik alov yeni şəhərlər ətrafında faciəyə səbəb olacaq. İki böyük qala müharibə tərəfindən məhv olacaq. Aretus isə qan çayına çevriləcək”.

Alimlər tərəfindən Aretus ABŞ kimi oxunur. Əslində isə Aretus çay və su mənbələrinə aid tanrı adıdır.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.