Planşetə çevrilən “ağıllı” saat icad olunub

Planşetə çevrilən “ağıllı” saat icad olunub
09 İyul 2019 14:22

“IBM” şirkəti “ağıllı” qol saatı, smartfon və planşet kompüter kimi tətbiq olunan maraqlı mobil qurğu üçün patent hüququ əldə edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, ixtira üçün müraciət 2016-cı ildə edilsə də, sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında bu yaxınlarda dərc edilib.
 
Məlumata görə, adi vəziyyətdə qurğu “ağıllı” qol saatı kimi işləyir. Lakin bu halda korpus böyük qalınlığa malik olur. Məsələ ondadır ki, orada hər biri iki əlavə displey bölməsi ilə təchiz edilən dörd bölmə yerləşir.
 
Hər miniekranın ölçüsü 2 × 3 düym təşkil edir. Dörd belə modulu irəli çəkməklə istifadəçi 4 × 6 düym diaqonallı ekrana malik smartfondan istifadə edə biləcək. Belə vəziyyətdə interfeys saat rejimindən telefon rejiminə keçəcək.
 
Daha dörd bölməni irəli çəkən qurğu sahibi onu 8 × 6 düym diaqonallı planşetə çevirəcək. Bu halda qurğunu masa üzərinə qoymaqla onunla iki əllə işləmək mümkün olacaq.
 
Hazırda kağız üzərində mövcud olan texnologiyanın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir.

Realpress.az


23 İyul 2019
İT

“Huawei” böyük ekranlı yeni yığcam noutbukunu təqdim edib

"Huawei" şirkəti "Honor MagicBook Pro" adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür, displey ön panelin səthinin 90%-ni tutur və avtonom işləmə vaxtı 14 saatadək təşkil edir.  

23 İyul 2019
İT

ABŞ Prezidenti texnoloji şirkətlərin rəhbərləri ilə milli təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp “Google”, “Broadcom” və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək ticarət praktikalarını və milli təhlükəsizlik məsələlərini müzakirə edib.  

23 İyul 2019
İT

2019-cu ildə virtual köməkçilərə malik qurğuların tədarükü 1,1 milyarda çatacaq

"Futuresource Consulting" tədqiqat şirkəti "Amazon Alexa", "Google Assistant", "Apple Siri" və "Samsung Bixby" kimi virtual köməkçilərə (virtual assistants, VA) malik qurğular bazarında kəskin artım proqnozlaşdırır. 2019-cu ildə belə qurğuların sayı 1 milyard səviyyəsində gözlənilir, 2023-cü ilə tədarük həcmi iki dəfədən çox artaraq 2,3 milyardı ötəcək.

23 İyul 2019
İT

“KaiOS” sistemi üçün “WhatsApp” messenceri istifadəyə verilib

Düyməli telefonlar üçün nəzərdə tutulan “KaiOS” əməliyyat sistemi “WhatsApp” proqramını dəstəkləməyə başlayıb.  

23 İyul 2019
İT

Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər

“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırıldaqçılıq məqsədilə istifadə etməsi ilə bağlı xəbərdarlıq edib.