Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi - AÇIQLAMA

Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi - AÇIQLAMA
09 İyul 2019 16:45

Tanınmış teleaparıcı, vaxtilə "Avroviziya" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyinat alıb. 

Realpress.az bakupost.az-a istinadən xəbər verir ki, telejurnalist bundan sonra kanalın Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik  edəcək.

H.Məhərrəmova xəbəri təsdiqləyib. 

Onun sözlərinə görə, yeni vəzifəsində əsas işi AzTV-nin beynəlxalq yayım institutlarında uğurla təmsilçiliyinə nail olmaqdır. H.Məhərrəmova deyib ki, yeni dövrdə beynəlxalq layihələrin satın alınması və AzTV-yə cəlb edilməsinə çalışacaq: "Mən yuxumda da görə bilməzdim ki, dövlət televiziyasının bir üzvü ola bilərəm. Bu, mənim üçün qürurvericidir. Yeniləşən, gəncləşən AzTV-nin bir üzvü olmaq mənim üçün böyük şərəfdir. Çalışacam ki, Azərbaycan televiziyası beynəlxalq yayım institutlarında layiqincə təmsil olunsun. Bu, çox vacib məsələdir".

H.Məhərrəmova onu da əlavə edib ki, beynəlxalq layihələr üzərində artıq işləməyə başlayıblar və ən qısa müddətdə bu layihələri konkretləşdirib, AzTV-də yayımını təmin edəcək, bununla da kanalın daha baxımlı olacağına çalışacaqlar. 

AzTV-də yalnız departament rəhbəri kimi yox, eyni zamanda aparıcı kimi də fəaliyyət göstərəcəyini açıqlayan H.Məhərrəmova ona iki verilişin həvalə olunduğunu vurğulayıb: "Verilişlərin tam formatı hələ ki müəyyənləşməyib, ancaq əyləncə janrlı proqramlar olacağını indidən söyləyə bilərəm".

Qeyd edək ki, AzTV-də rəhbər dəyişikliyi baş verəndən sonra ciddi kadr islahatları başlayıb, bir neçə tanınmış teleaparıcıya yeni vəzifələr həvalə olunub. Peşəkarlarla yanaşı, yeni, gənc kadrlar kanala dəvət edilir, layihələr yenilənir. Verilişlərdə vətənpərvərlik mövzularının, ictimai əhəmiyyətli məsələlərin geniş şəkildə işıqlandırılmağa başlayıb. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.