İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər

İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər
10 İyul 2019 09:07

İsveçdə qida məhsulları üçün plastik stəkanların və konteynerlərin satışını qadağan etmək istəyirlər.

Krallığın Ətraf Mühit naziri İzabella Lövin bildirib ki, İsveç hökuməti qida məhsulları üçün plastik stəkanların və konteynerlərin qadağan edilməsi haqqında məsələni nəzərdən keçirmək istəyir. Onun sözlərinə görə, bu, Aİ-nin birdəfəlik plastik qablar barədə direktivinə münasibətdə irəliyə doğru atılmış daha bir addımdır.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, qadağaya dair layihə hakim Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyası tərəfindən işlənib hazırlanır və artıq Mərkəz Partiyası və Liberal Partiya ilə razılaşma əldə olunub. Hazırda qadağanın iqtisadiyyata təsiri mövzusunda hökumət araşdırması aparılır.

Avropa Parlamenti ötən ilin sonunda çubuq, çəngəl-bıçaq, boşqab kimi plastik məmulatın 2021-ci ilə qədər qadağan edilməsinə səs verib. Lakin İsveç daha irəli getmək və ətraf mühitə ziyan vuran başqa plastik məhsulların, o cümlədən stəkanların və konteynerlərin istifadəsini məhdudlaşdırmaq istəyir.

İzabella Lövin deyib: "Biz hamımız başa düşürük ki, təbii şəraitdə yüzlərlə il qalıb çürüməyən materialın cəmi bir dəfə istifadə olunub tullanması qəbuledilməz haldır. Biz yeni dayanıqlı sistem tapmalıyıq". Onun sözlərinə görə, plastik məmulat kağız kimi alternativ materialla əvəzlənə bilər.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.