Milli Məclisin sonuncu sessiyasının gündəliyi AÇIQLANDI

Milli Məclisin sonuncu sessiyasının gündəliyi AÇIQLANDI
10 İyul 2019 10:49

Milli Məclisin növbədənkənar sonuncu sessiyasının gündəliyi açıqlanıb.

Bu barədə “Ölkə.Az”a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, iyulun 12-də keçiriləcək  islasın gündəliyinə 28 məsələ daxil edilib.

 “Bunların bir qismi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq qanun layihələrinə dəyişikliklərdir. Parlamentarilər “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsinə, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, Su Məcəlləsinə, Mənzil Məcəlləsinə, “Yol hərəkəti haqqında”, “Publik hüquqi şəxslər haqqında” qanuna və sair qanunlara dəyişiklikləri müzakirə edərək, qəbul edəcəklər”, - deyə Təvəkküloğlu bildirib.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.