Yeni insanabənzər robot jest dilində danışır

Yeni insanabənzər robot jest dilində danışır
10 İyul 2019 11:04

İspaniyanın robot texniklər qrupu jest dilində danışan "TEO" adlı insanabənzər robot yaradıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, modelləşdirmə vasitəsilə xüsusi proqram ispan jest dilinin konkret işarələrini ifadə etmək üçün robotlaşdırılmış barmaqların hər falanqasının konkret vəziyyətini göstərir. Tədqiqatın məqsədi robotun hərəkətlərini müəyyən jestə bənzətməklə yanaşı, həm də onu təbii etmək olub. Müxtəlif neyron şəbəkə tipi sınaqdan keçirilib ki, bu da jest dilinin köməyi ilə ünsiyyət quran insanlar tərəfindən yaxşı qavranılan nisbətən asan anlaşılan variantı seçməyə imkan verib.
 
Hazırda "TEO" robotu jest dilinin əlifbasını, eləcə də ev işləri ilə bağlı əsas lüğəti mənimsəyib. Robotun lüğət ehtiyatını genişləndirməsi və tamamlanmış cümlələrdən istifadə etməyə başlaması məqsədilə sistemin təkmilləşdirilməsi davam etdirilir. Perspektivdə robotdan eşitmə və nitq funksiyası pozulmuş insanlara ev işlərində köməkçi kimi istifadə planlaşdırılır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.